Nazir: “Azərbaycanda 105 min hektara yaxın yeni meşə sahəsi salınıb” - VİDEO

Nazir: “Azərbaycanda 105 min hektara yaxın yeni meşə sahəsi salınıb” - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 13:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycanda 2003-cü ildən başlanan proqramlar nəticəsində 105 min hektardan çox yeni meşə sahəsi salınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə yeni salınan 105 min hektar meşəliyin 65 min hektarı tam meşə statusuna keçib: “Bunu peykdən çəkilən şəkillər də təsdiq edir. 2003-cü ilə kimi Azərbaycanda meşələrin sahəsi ümumi ərazimizin 11,4%-ni təşkil edirdi. Görülən tədbirlər nəticəsində hazırda bu sahə 11,8%-ə çatıb”.

Nazir bildirib ki, meşə sahələri respublikada əsasən böyük Qafqaz dağlarının ətrafında genişlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR