İsgəndər Həmidov: “Milli Şuradakı ziddiyyətlər, dedi-qodular məni açmırdı, ona görə də çıxdım”

İsgəndər Həmidov: “Milli Şuradakı ziddiyyətlər, dedi-qodular məni açmırdı, ona görə də çıxdım”
# 16 yanvar 2014 11:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Şurada partiya üzvü kimi yox, istiqlalçı deputat kimi təmsil olunmuşdum”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat “Boz Qurd” Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, partiyanın qurucusu və lideri İsgəndər Həmidov söyləyib.

İ.Həmidov müxalifət düşərgəsində baş alıb gedən qarşılıqlı ittihamlardan uzaq olduğunu, ermənilərdən başqa hamının onun üçün əziz və dost olduğunu vurğulayıb: “Bir məqamı da qeyd edim. Milli Şuradakı ziddiyyətlər, dedi-qodular məni açmırdı. Onsuz da qapalı surətdə o ziddiyyətlər gedirdi, bu gün açıq müstəviyə keçib. Ona görə də Milli Şuradan çıxdım. Mən özümü orada görmədim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR