Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb - VİDEO

Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb - <span style="color: red;">VİDEO
# 01 may 2014 08:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Suriyada vuruşan azərbaycanlı əmirin video müraciəti yayılıb.

APA-nın əldə etdiyi həmin video görüntülərdə azərbaycanlı döyüşçülərin əmiri kimi təqdim olunan “Muhammed” ləqəbli azərbaycanlı Suriya torpaqlarında islam dövləti yaratdıqlarını və bu dövlətin tərkibində cihadlarını davam etdirdiklərini bəyan edir: “Allah biz müsəlmanlara İraq və Şam torpaqlarında İslam dövləti və İslam ordusu qurmağı nəsib edib. Artıq bizim ordumuzun topları, tankları və hətta təyyarələri də var. Digər mücahidlər kimi biz azərbaycanlı döyüşçülər də İraq Şam İslam Dövlətinin nəzarətində olan Raqqa şəhərində məskunlaşmışıq. Burda bizim üçün hər bir şərait yaradılıb, övladlarımızın təhsil alması üçün mədrəsələr açılıb”.

Daha sonra video görüntülərdə “Umeyr” ləqəbli azərbaycanlı döyüşçü çıxış edərək “İraq Şam İslam Dövləti” qruplaşması tərkibində vuruşanların xəvvarici təriqətinə mənsub olmadıqlarını qeyd edir: “Bizi savadsız müsəlmanlar bizi xəvvaricilərlə qarışdırırlar və Şam torpaqlarında cihad yoxdur deyirlər. Xəvvaricilər islamın düşmənləri ilə ittifaq quraraq bizə qarşı vuruşanlardır”.

Video görüntülərdə azərbaycanlı döyüşçülərin sırasında azyaşlı uşaqların olduğu da görünür. Həmin uşaqların isə Suriyada vuruşan azərbaycanlıların övladları olduğu bildirilir.

APA həmin video görüntüləri təqdim edir.

Xatırladaq ki, Suriyada vuruşan azərbaycanlıların əmiri “Musab Əl-Azəri” öldürüldükdən sonra onun yerinə yeni əmir “Muhammed” ləqəbli azərbaycanlı təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR