ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Leyla və Arif Yunuslarla görüşün məqsədi onların harasa getməsinə yardım etmək olmayıb” - VİDEO

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Leyla və Arif Yunuslarla görüşün məqsədi onların harasa getməsinə yardım etmək olmayıb” - <span style="color: red;">VİDEO
# 01 may 2014 09:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

Diplomat bildirib ki, Leyla və Arif Yunuslarla görüşün məqsədi heç bir halda və heç bir vəchlə onların harasa hərəkət etməsinə köməklik etmək olmayıb: “Sadəcə, onların xahişi ilə görüşmüşük”.

D. Hoqan onu da deyib ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar dünən Vaşinqtonda ABŞ-Azərbaycan Konfransında çıxış edərək Azərbaycanda jurnalist Rauf Mirqədirovun, Leyla və Arif Yunusların saxlanmasından narahatlıq keçirdiklərinin açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR