Məhəmməd Cavad Zərif: “Xarici qüvvələr bölgə ölkələrinin daxili işlərinə müdaxilələrə son qoymalıdır”

Məhəmməd Cavad Zərif: “Xarici qüvvələr bölgə ölkələrinin daxili işlərinə müdaxilələrə son qoymalıdır”
# 31 may 2014 15:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif regionda baş verən proseslərdən danışıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, nazir bildirib ki, xarici qüvvələr Suriya başda olmaqla bölgə ölkələrinin daxili işlərinə müdaxilələrə son qoymalıdır: “Suriya xalqının öz gələcəyinə dair qərar verməsi başqalarının müdaxiləsi olmadan verə bilməsi lazımdır. Bu ölkədə mövcud siyasi durum sonda Suriya xalqının faydasına olacaq. Suriya xalqının fikirlərini bildirməsinə imkan verilməlidir. Suriya xalqının bu istiqamətdə qərar verməsinə mane olanların qarşısını almaq lazımdır. Çünki Suriya xalqı birlik və bərabərlik içərisində ölkələrinin gələcəyinə dair qərar verəcək iradəyə sahibdir. Bu istiqamətdə bu ölkədəki prezident seçkisi də mühüm faktordur. Seçki Suriyadakı böhrandan çıxış yolu mövzusunda yaxşı fürsət olacaq. Çünki Suriya xalqı bu seçki ilə sanki gələcəyinə dair qərar verəcək”.

M.C.Zərif deyib ki, bu gün Nigeriyada baş verən hadisələr və ya Suriya və İraqdakı proseslərin hamısının ortaq tərəfi radikalizmdir: “Bütün dünya oyanmalı və bu təhlükənin qarşısını almalıdır. Bölgədəki bütün ölkələr etnik və məzhəb baxımından radikal cərəyanların təsiri və təhdidi altındadır. Bu vəziyyət regionu anormal duruma sürükləyir. Radikalizm bütün dünya üçün təhdiddir. Ona görə də bütün bölgə və dünya ölkələrinin bu bəlaya qarşı birgə mübarizə aparması zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR