ARDNŞ üç yeni quyu qazır

ARDNŞ üç yeni quyu qazır
# 26 iyul 2013 16:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Darvin bankası» yatağındakı 670 nömrəli özüldən 671 nömrəli quyuda qazma işləri davam etdirilir. Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1470 metrdir.

ARDNŞ-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, yataqdakı 620 nömrəli özüldən Qirməki Lay Dəstəsinə qazılan 690 nömrəli quyunun layihə dərinliyi 1440 metrdir.

Qeyd edək ki, 720 nömrəli özüldən 834 nömrəli quyunun da qazma işləri də davam etdirilir. Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1500 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 6 ton neft hasil olunacağı nəzərdə tutulur.

Quyularda qazma işləri «Neft Daşları» NQÇİ-nin sifarişi ilə «Neft Daşları» Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR