Azərbaycanda pul bazası sentyabrda azalıb

Azərbaycanda pul bazası sentyabrda azalıb
# 03 oktyabr 2013 13:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü ilin oktyabrın 1-nə 10 615,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin oktyabrın 1-nə nisbətən bu göstərici 1 324,6 mln. manat və ya 14,3% artıb.

Eyni zamanda, sentyabr ayında pul bazası 0,9 mln. manat və ya 0,01% azalıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR