Lukaşenko: Avrasiya İqtisadi Qrupunun sammitində Qırğızıstan və Ermənistanın Gömrük ittifaqına qoşulması məsələsi müzakirə olunacaq

Lukaşenko: Avrasiya İqtisadi Qrupunun sammitində Qırğızıstan və Ermənistanın Gömrük ittifaqına qoşulması məsələsi müzakirə olunacaq
# 23 oktyabr 2013 02:01 (UTC +04:00)

Bakı-APA. Avrasiya İqtisadi Qrupunun (EURASEC) sammitində Qırğızıstan və Ermənistanın Gömrük ittifaqına qoşulması məsələsi müzakirə olunacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun prezidenti Aleksandr Lukaşenko Minskdə MDB-nin icraçı katibi Sergey Lebedev ilə görüşü zamanı bildirib.

“Ola bilsin ki, bu MDB-nin digər üzvlərinin də gələcəkdə gedəcəyi yoldur. Ən azından, biz bunu keçmiş sovet respublikalarına, xüsusən də Ukraynaya, təklif edirik”, deyə Lukaşenko qeyd edib.

Lukaşenko gələcəkdə “inteqrasiyaların inteqrasiyaları” barədə dialoqun aparılacağını istisna etməyib. O bu məsələdə Avropa Birliyi, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ilə inteqrasiyanı nəzərdə tutduğunu deyib. “Mən buna çox ümid edirəm və əgər bu baş tutarsa Minsk danışıqların aparılması üçün faydalı meydança ola bilər”, deyə Belarus prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR