Frankfurt beynəlxalq kitab sərgi-yarmarkasında "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib - FOTO

Frankfurt beynəlxalq kitab sərgi-yarmarkasında "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 14 oktyabr 2013 13:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Frankfurt beynəlxalq kitab sərgi-yarmarkasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Səfir qeyd edib ki, “Heydər Əliyev adına" kitab-albom geniş oxucu kütləsinin marağına səbəb olacaq.

Mərasimdə çıxış edən Türkiyənin Frankfurtdakı baş konsulu Ufuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin bələdiyyə başçısı və başqaları tədbirin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR