Ermənistan prezidenti «Şərq tərəfdaşlığı» ölkələrinin Vilnüs sammitində iştirak edəcək

 Ermənistan prezidenti «Şərq tərəfdaşlığı» ölkələrinin Vilnüs sammitində iştirak edəcək
# 15 oktyabr 2013 11:43 (UTC +04:00)

Bakı - APA. Ermənistan prezidenti Serj Sarkisyan noyabrın sonunda Vilnüsdə (Litva) keçiriləcək «Şərq tərəfdaşlığı» ölkələrinin sammitində iştirak edəcək.

APA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, rəsmi İrəvanın bu toplantıda iştirak etmək niyyətində olması barədə Ermənistanın Litvadakı səfiri Ara Ayvazyan Litva Seyminin vitse-spikeri Gediminas Kirkilasla keçirdiyi görüşdə məlumat verib.

Səfir qeyd edib ki, Vilnüsdəki toplantıya qədər İrəvan qarşılıqlı anlaşmaya xidmət edən Avropa Birliyi (AB) ilə siyasi dialoqun möhkəmlənməsinə çalışacaq. Ermənistan Vilnüsdə AB ilə assosiativ sazişlə bağlı aparılan üçillik danışıqlar nəticəsində əldə edilən tərəqqini möhkəmlədən qətnamənin imzalanacağına ümid edir.

Xatırladaq ki, Ermənistan bir neçə ildir, AB ilə assosiativ sazişin imzalanmasına dair danışıqlar aparır. Lakin bu ilin sentyabr ayında prezident S. Sarkisyan Ermənistanın Gömrük İttifaqına üzv olmaq niyyətini açıqlayıb. AB rəsmiləri isə bu iki addımın birgə atılmasının mümkünsüzlüyünü bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR