“Sazz İnternet” Mobil Bank və ATM vasitəsilə ödəniş sistemini tətbiq etməyə başlayıb

“Sazz İnternet” Mobil Bank və ATM vasitəsilə ödəniş sistemini tətbiq etməyə başlayıb
# 20 sentyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın ən böyük simsiz genişzolaqlı internet provayderi “Sazz 4G” AzeriCard prossesinq mərkəzi ilə birgə öz abunəçilərinə Mobil Bank və Beynəlxalq Bankın bankomatları vasitəsilə ödəniş sistemini tətbiq etməyə başlayıb.

“Sazz İnternet”in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Mobil Bank və bankomat vasitəsilə ödəniş edərkən “Sazz” abunəçiləri həm aktiv olmayan loginlərini aktivləşdirmək, həm də öz hesablarına əvvəlcədən vəsait yatırmaq imkanına sahib olacaqlar. Bunun üçün “Sazz İnternet”in “www.sazz.az” saytında yerləşdirilmiş şəxsi kabinetlərdə hər abunəçiyə məxsus unikal ödəniş kodları yaradılıb. Abunəçilərin ödəmə əməliyyatlarını asanlaşdırmaq üçün saytda həmçinin ödəmə qaydaları haqqında ətraflı məlumat yerləşdirilib.

Xatırladaq ki, “Sazz İnternet”in bütün yeni abunəçilərinə 5 gün ərzində 200 meqabaytlıq trafiklə internet xidmətini yoxlamaq imkanı verilir.

Hazırda “Sazz İnternet” Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda “Sazz İnternet”in əhatə dairəsinə daha 11 şəhərin daxil olunması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR