Suriya təyyarəsi Livana aviazərbələr endirib

Suriya təyyarəsi Livana aviazərbələr endirib
# 11 fevral 2014 07:56 (UTC +04:00)

Bakı – APA. Suriya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Livan ərazisinə aviazərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə Livanın “Daily Star” qəzeti ölkənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən xəbər yayıb.

Dörd raketdən ikisi Vadi Hamayed rayonuna, digər iki raket isə Arsal yaşayış məntəqəsi yaxınlığında düşüb.

Ölən və yaralanan haqda hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR