Samuxda hərbçi ilə məktəblinin idarə etdiyi avtomobil toqquşub, 3 məktəbli yaralanıb - FOTO - VİDEO

Samuxda hərbçi ilə məktəblinin idarə etdiyi avtomobil toqquşub, 3 məktəbli yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 07:06 (UTC +04:00)

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Alıuşağı kəndində baş verib. Gəncə şəhər sakini, “N” saylı hərbi hissədə qulluq edən, 30 yaşlı Əliyev Namiq Gülşad oğlunun idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə, Alıuşağı kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi, 16 yaşlı Hüseynzadə Hüseyn Fizuli oğlunun idarə etdiyi “VAZ 21099" markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ 21099" də olan sərnişinlər, məktəblilər, 16 yaşlı Nağıyev RöyalRamil oğlu, Əliyev Şahmalı Amin oğlu və 17 yaşlı Əliyev Mehman Müşviq oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin araşdırmaya əsasən, qəzaya yüksək sürətin səbəb olub. Polis Şöbəsindən bildirilib ki, 16 yaşlı məktəbli atasına məxsus “VAZ 21099” markalı avtomobili icazəsiz idarə edirmiş.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR