Ombudsmanın əməkdaşları Daxili Qoşunların hərbi hissələrinə baxışlar keçiriblər

Ombudsmanın əməkdaşları Daxili Qoşunların hərbi hissələrinə baxışlar keçiriblər
# 12 may 2014 13:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri F. Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı V. Heydərov Daxili Qoşunların Şəxsi heyət üzrə idarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəis müavini Y. Hətəmovla birgə Daxili Qoşunların Gəncə şəhərindəki “N” saylı hərbi hissəsində və Qazax rayonundakı Əlahiddə patrul bölüyündə plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin müəssisələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissənin və Əlahiddə patrul bölüyünün bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR