Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək
# 27 yanvar 2014 06:51 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov yanvarın 28-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul saat 11.00-da Sabirabad şəhəri Heydər Əliyev prospekti - Heydər Əliyev parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR