Azərbaycan prezidenti «Global Political Strategies» şirkətinin sədrini qəbul edib

Azərbaycan prezidenti «Global Political Strategies» şirkətinin sədrini qəbul edib
# 10 mart 2014 13:47 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 10-da APCO-nun «Global Political Strategies» şirkətinin sədri, ABŞ-ın Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf tarixindən danışılıb, əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR