Xərçənglə Ümumdünya Mübarizə Günü ilə bağlı tədbir keçirilib

Xərçənglə Ümumdünya Mübarizə Günü ilə bağlı tədbir keçirilib
# 04 fevral 2014 14:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Xərçənglə Ümumdünya Mübarizə Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində tədbir keçirib.

Komitədən APA-ya verilən məlumata görə, Milli Onkologiya Mərkəzində, orada müalicə alan onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların iştirakı ilə baş tutan tədbirin keçirilməsində məqsəd xəstə uşaqlara mənəvi yardım göstərmək, onlara şən əhval-ruhiyyə bəxş etmək olub.

Tədbiri Milli Onkologiya Mərkəzinin baş həkiminin müavini Əmirxan Eyubov və AQUPDK-nın Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova giriş sözü ilə açaraq qeyd ediblər ki, bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Həmçinin, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir.

Bundan sonra tədbirdə iştirak edən uşaqlar üçün Komitə tərəfindən təşkil etdiyi “Sabun Köpükləri” tamaşası nümayiş olunub. Tədbirin yekunu olaraq uşaqlara hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR