Masallıda iqtisadiyyatın inkişafında sahibkarlığın rolu müzakirə olunub

Masallıda iqtisadiyyatın inkişafında sahibkarlığın rolu müzakirə olunub
# 23 aprel 2014 12:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Aprelin 23-də Masallıda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidentinin 3 mart 2014-cü il tarixli fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə növbəti tədbir keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Beynəlxalq Maliyyə Korporasiyasının (İFC), Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 300-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, artıq nazirlik fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketi hazırlayıb və aidiyyəti dövlət qurumlarına təqdim edib. Sənədə uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaq.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR