AMEA üçün poliklinika tikiləcək

AMEA üçün poliklinika tikiləcək
# 11 iyun 2014 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda elmin istehsalatla əlaqələri bundan sonra ardıcıl olaraq təkmilləşməli və dərinləşməlidir”. APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AMEA büdcə maliyyəsindən əlavə, gərək özü də pul qazansın: “İnkişafın başqa yolu yoxdur və bu da elmi nəticələrin istehsalata tətbiqi yolları ilə bağlıdır. Bütün dövlət qurumları, nazirliklər bu məsələdə Azərbaycan elminə kömək etməyə hazırdır. Məsələn, ötən gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüm olub. Görüşdə Azərbaycandakı palçıq vulkanlarının vəziyyəti və digər məsələlər müzakirə olunub. Belə ki, Azərbaycanda 300-ə yaxın palçıq vulkanı var. Lakin əhali tibbi-müalicəvi imkandan istifadə edə bilmir. Nazir də görüşdə bu məsələ ilə bağlı akademiyaya hər cür maliyyə yardımı etməyə hazır olduqlarını bildirib“.


A.Əlizadə AMEA üçün poliklinikanın tikilməsi ilə bağlı razılıq əldə olunduğunu da bildirib: “Səhiyyə Nazirliyi də bu məsələyə müsbət münasibət bildirib və bu məsələni dəstəkləyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR