DİN Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb

DİN Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb
# 24 iyun 2014 10:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Daxili İşlər Nazirliyi Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. APA-nın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 23-də Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus “KİA” markalı avtomobilin üzərinə düşüb. AVtomobilə qismən ziyan dəyib.

İyunun 23-də Nərimanov rayonu küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus “Mercedes” markalı avtomobillərin üzərinə düşüb. Avtomobillərə qismən ziyan dəyib.

İyunun 23-də Səbail rayonu Puşkin küçəsində küləyin qırdığı ağac “Volkswagen” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəydiyi bildirilib.

İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Evin dam örtüyü yararsız hala düşüb.

İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.

Sadalanan faktlar üzrə xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR