Deputatlar Dövlət Statistika Komitəsinin fəaliyyətini tənqid ediblər

Deputatlar Dövlət Statistika Komitəsinin fəaliyyətini tənqid ediblər
# 20 iyun 2014 11:33 (UTC +04:00)

APA-nın məlumatına görə, deputat Bəxtiyar Əliyev bildirib ki, Komitə rəsmi bülletenlərində böyük təhriflərə yol verir.

“Statistika Komitəsi statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Komitənin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər, hər halda belə hallar mövcuddur”, - deyə B. Əliyev qeyd edib.

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, Dövlət Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Komitənin məlumatı hərdən yanlış olur, hərdən də insanların hissiyyatına toxunan formada verilir”.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda da ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: “Bunu Statistika Komitəsinin sədrinə bildirəcəyəm, araşdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR