ETSN 102350 manat məbləğində cərimə tətbiq edib

ETSN 102350 manat məbləğində cərimə tətbiq edib
# 20 fevral 2014 13:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 fevral tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 252 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 53 iş üzrə 102350 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 19 iş üzrə 7759 88 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 215 iş üzrə 297450 99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına 25, məhkəmələrə isə 2 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR