XİN rəhbəri: “Azərbaycan və Əfqanıstanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür”

XİN rəhbəri: “Azərbaycan və Əfqanıstanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür”
# 18 mart 2014 10:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Bakıda səfərdə olan Əfqanıstan xarici işlər naziri Zarar Əhmad Osmanla görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Nazirin sözlərinə görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. “Siyasi nöqteyi-nəzərindən Azərbaycan və Əfqanıstanın mövqeləri üst-üstə düşür”, - deyə o vurğulayıb.

E.Məmmədyarov həmçinin əfqanıstanlı həmkarını Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişatı ilə bağlı məlumatlandırıb.

Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq, Əfqanıstanın Bakı-Tiflis-Qars layihəsindən istifadəsi imkanları, konkret olaraq 2015-ci ildən sonra Əfqanstandan Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin daşınması sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər. Azərbaycan XİN başçısı xatırladıb ki, bu məsələ artıq NATO mənzil-qərargahında müzakirə olunub.

Danışıqlarda həmçinin təhsil sahəsində əməkdaşlıq, Azərbaycan tərəfindən Əfqanıstanda energetika sahəsinə investisiyaların yatırılması məsələləri nəzərdən keçirilib.

E.Məmmədyarovun sözlərinə görə, Əfqanıstan tərəfi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün biznes-forum təşkil etməyi təklif edib. Öz növbəsində Əfqanıstan XİN başçısı görüşün faydalı keçdiyini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, bu səfər və əməkdaşlığın genişləndirilməsi iki ölkəyə və bütövlükdə regiona fayda verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR