Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub
# 06 dekabr 2013 12:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsinin və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 20, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.


Dekabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 1, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, lakin Surrada 2, Bankədə isə 6 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334, Şirvanda 181, Salyanda 140, Bankədə 189, Araz çayının Novruzlu məntəqəsində isə 65 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR