“Synergy Baku”nun üzvü Fransada təltif edilib

“Synergy Baku”nun üzvü Fransada təltif edilib
# 18 aprel 2014 13:40 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizəni davam etdirirlər. Apasport.az saytının xəbərinə görə, yarışın ikinci mərhələsində iştirakçılar 198 km məsafə qət ediblər.

Bu mərhələdə finişi liderdən 15 saniyə gec keçməklə 38-ci olan Maykl Şvayzer təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb. O, 2-ci mərhələdə nümayiş etdirdiyi qələbə əzminə görə təltif edilib.

Komandamızın digər üzvlərinin çıxışına gəlincə, Aleksandr Surutkoviç və Patrik Leyn də Şvayzerlə eyni nəticəyə imza atıblar – 4 saat, 30 dəqiqə. 2 mərhələdən sonra ümumi sıralanmada “Synergy Baku” üzvlərindən ən yüksək göstərici Yan Sokola məxsusdur – o, liderdən 24 saniyə geri qalmaqla 13-cüdür.

Yeri gəlmişkən, səhhətindəki problemlər səbəbindən 1-ci mərhələdə istədiyi kimi çıxış edə bilməyən Konnor McConvey artıq yürüşdə çıxışını dayandırıb və indi “Synergy Baku” “Tour du Loir et Cher”də mübarizəni 5 velosipedçi ilə davam etdirir.

2 mərhələdən sonra “Synergy Baku” komanda hesabında 30 iştirakçı kollektiv arasında 6-cı yerdə qərarlaşır. Bu gün keçirilən 3-cü mərhələdə velosipedçilər 208 km məsafə qət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR