«Səlim Rəfiq Rəfioğlu» adlı kitab işıq üzü görüb

«Səlim Rəfiq Rəfioğlu» adlı kitab işıq üzü görüb
# 27 dekabr 2013 16:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Elm və təhsil” nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun türkiyəli araşdırıcısı Ömər Özcanın «Səlim Rəfiq Rəfioğlu» adlı kitabı işıq üzü görüb.

İnstitutdan APA-ya verilən məlumata görə, tədqiqat əsəri Gəncənin məşhur Rəfiyevlər ailəsinə mənsub görkəmli pedaqoq və ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlunun (1905-1980) həyat və yaradıcılığına həsr edilib.

Kitab Türkiyə arxiv sənədlərinə və zəngin elmi qaynaqlara istinad edən ilk tədqiqatdır. Yeni nəşri Azərbaycan dilinə uyğunlaşdıran və elmi redaktor professor Ədalət Tahirzadədir.

Müəlliflə yanaşı, filologiya elmləri doktoru Paşa Kərimov və Ədalət Tahirzadə də kitaba ön söz yazıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR