“Nar Mobile” Mətbuat klubunda jurnalistlərlə növbəti görüş keçirilib - FOTO

“Nar Mobile” Mətbuat klubunda jurnalistlərlə növbəti görüş keçirilib - <span style="color: red;">FOTO
# 17 aprel 2014 13:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ənənəvi ünsiyyət platformunda jurnalistlərlə növbəti görüşünə gələn “Azərfon” şirkətinin (“Nar Mobile” ticarət nişanı) Mətbuat klubunda media nümayəndələri ilə sayca dördüncü görüş keçirilib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə veriən məlumata görə, qeyri-rəsmi formatda keçirilən və yeni ildə ilk dəfə təşkil edilən görüş “Azerfon” şirkətinin 2014-cü ilin ilk aylarında əldə etdiyi nailiyyətlərə həsr olunub və ölkənin ən tanınmış jurnalistləri ilə bu barədə geniş fikir mübadiləsi aparılıb.

Mətbuat klubundakı görüşü açıq elan edən “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai “Nar Mobile” mobil operatorunun fəaliyyət və prinsiplərindən, eləcə də sosial layihələrə verdiyi böyük dəstəkdən söhbət açıb.

Daha sonra “Azerfon” şirkətinin informasiya texnologiyaları üzrə baş direktoru Xəyyam Həsənli maraqlı təqdimatla çıxış edib. O, “Nar Mobile”-ın IT strategiyasının mahiyyətini açıqlayıb.

Görüşün sonunda “Azerfon” şirkətinin satış üzrə baş direktoru Leyla Nəsrullayeva jurnalistlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR