Bakı Şəhər İcra Hakimiyyətini yandırmaq istəyən şəxslərə hökm oxunub

Bakı Şəhər İcra Hakimiyyətini yandırmaq istəyən şəxslərə hökm oxunub
# 29 oktyabr 2013 10:44 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin hazırda həbsdə olan ilahiyyatçı T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Məlumatda o da qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

Araşdırmalar zamanı onların Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qapısını yandırmaq istəmələri müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR