TQDK Qafqaz Universitetinə tələbə qəbul ilə bağlı məsələyə aydınlıq gətirib

TQDK Qafqaz Universitetinə tələbə qəbul ilə bağlı məsələyə aydınlıq gətirib
# 14 aprel 2014 09:17 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, növbəti tədris ili üçün ali məktəblərə qəbul planı artıq komissiyaya təqdim olunub. Onun sözlərinə görə, bu il də Qafqaz Universitetinə həmişə kimi qəbul planı ayrılıb və həmin ali məktəbə qəbul aparılacaq: “Qeyd edək ki, Qafqaz Universitetinə builki qəbul planında nisbətən artım var. Bu il Qafqaz Universitetinə qəbulun aparılmayacağı ilə bağlı məlumatlar doğru deyil”.

E. Nağızadə qeyd edib ki, bütün ali məktəblərə qəbul planı yaxın günlərdə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.

Qeyd edək ki, bu gün TQDK-nın qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR