İraqda iki partlayış nəticəsində 21 nəfər ölüb

İraqda iki partlayış nəticəsində 21 nəfər ölüb
# 28 may 2014 21:35 (UTC +04:00)

Bakı-APA. İraqın Mosul şəhərində törədilmiş iki partlayış nəticəsində 21 nəfər ölüb.

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı həlak olanlardan 10-u əsgər olub.

Partlayışlar şəhərin iki ayrı-ayrı bölgəsində törədilib.

Qeyd edək ki, bir gün əvvəl Bağdadda bir neçə terror aktı nəticəsində 19 nəfər ölmüş, 28-i yaralanmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR