Bakıda 7 otaqlı evdə yanğın olub

Bakıda 7 otaqlı evdə yanğın olub
# 18 dekabr 2013 05:05 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə baş verib. Nəticədə, evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR