Nazim İbrahimov: “Azərbaycanın haqq səsinin eşidilməsində dünyada yaşayan hər bir azərbaycanlının rolu var”

Nazim İbrahimov: “Azərbaycanın haqq səsinin eşidilməsində dünyada yaşayan hər bir azərbaycanlının rolu var”
# 30 dekabr 2013 09:34 (UTC +04:00)

Bakı, Ramiz Mikayıloğlu - APA. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və diaspor təşkilatlarının rəhbərləri Fəxri Xiyabanda Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

ARA-nın məlumatına görə, N.İbrahimov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Heydər Əliyevin məzarını ziyarət etməyi özlərinin borcu saydıqlarını bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada səsinin eşidildiyi, sözünün deyildiyi bir dövrdə dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac var: “Azərbaycanın haqq səsinin eşidilməsində də dünyada yaşayan hər bir azərbaycanlının rolu var və biz də hər bir azərbaycanlıya dəyər veririk. Bir daha bütün dünya azərbaycanlılarını həmrəyliyə, Azərbaycan dövləti ətrafında daha sıx birləşməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR