Sabah Azərbaycanda III Bakı Beynəlxalq Humanitar Forumu başlayır

Sabah Azərbaycanda III Bakı Beynəlxalq Humanitar Forumu başlayır
# 30 oktyabr 2013 11:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, forumda 100-dən çox ölkədən rəsmi şəxslərin, tanınmış elm, mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının iştirakı gözlənilir.

Tədbir iştirakçıları qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla XXI əsrin perspektivləri və çağırışlarını, aktual humanitar problemləri müzakirə edəcəklər.

İki gün davam edəcək forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları”, “XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.

Qonaqların Azərbaycanın bir sıra bölgələrinə səfəri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR