Lənkəranda yanğın olub - VİDEO

Lənkəranda yanğın olub - <span style="color: red;">VİDEO
# 07 dekabr 2013 07:15 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 6-da saat 17.30 radələrində rayonun Boladi kənd sakini, 1961-ci il təvəllüdlü Baxşəli Lətif oğlu Axundova məxsus tövlədə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 120 kvadratmetr olan tövlənin 70 kvadratmetrlik ərazisi və 600 ədəd ot bağlaması yanaraq yarasız vəziyyətə düşüb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR