AFFA “Sumqayıt” klubunu 8 min manat cərimələyib

AFFA “Sumqayıt” klubunu 8 min manat cərimələyib
# 01 oktyabr 2013 10:29 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının VIII turunda baş verən qanun pozuntularına hüquqi qiymət verilib.

“Xəzər Lənkəran”la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “İnter” 1000 manat cərimələnib. “Bakı ilə səfər görüşündə 4 oyunçusu “sarı” alan “Sumqayıt” da analoji məbləği AFFA-nın büdcəsinə ödəyəcək. Üstəlik, oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Həmçinin, mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün 2000 manat məbləğində ziyana düşüb.

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Neftçi” 1000 manat cərimələnib. Oyunun 57-ci dəqiqəsində ağdamlı azarkeşlər tərəfindən meydançaya kənar əşya atması səbəbindən “Qarabağ” 2000 manat ödəyəcək. Matçın 10 və 59-cu dəqiqələrində “Neftçi” fanatları tərəfindən pirotexniki qurğular yandırıldığına görə paytaxt klubu 1000 manat cərimə olunub.

“Simurq” – “Qəbələ” görüşünün 36-cı dəqiqəsində meydan sahiblərinin kapitanı İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 4000 manat ziyana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR