“Azəriqaz” “ASAN xidmət”də göstərdiyi xidmətlərin sayını artıracaq

“Azəriqaz” “ASAN xidmət”də göstərdiyi xidmətlərin sayını artıracaq
# 17 aprel 2014 13:20 (UTC +04:00)

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğac kartlarının verilməsi, eləcə də səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi kimi xidmətlər də “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Xidmətlərin əhatə dairəsi genişləndikdən və yeni növ xidmətlərin tətbiqindən sonra Bakıdakı Qaz istismar sahələri tərəfindən bu xidmətlərin göstərilməsi dayandırılacaq.

İstehlakçılarla münasibətlərin təkmilləşdirlməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı şəhərində “Azəriqaz” İB-nin ayrıca fəaliyyət göstərən Müştəri xidmətləri ofisinin açılması da planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR