ABŞ Rusiyanı Ukraynada separatçıları tank və “Qrad” sistemi ilə təchiz etməkdə ittiham edib

ABŞ Rusiyanı Ukraynada separatçıları tank və “Qrad” sistemi ilə təchiz etməkdə ittiham edib
# 14 iyun 2014 08:01 (UTC +04:00)

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin mətbuat katibi Mari Harf (Marie Harf) jurnalistlərə bildirib ki, separatçılar son günlər Rusiyadan ağır silahlar və hərbi texnika, o cümlədən tanklar və raket sistemləri alıblar.

Onun sözlərinə görə, son üç gün ərzində Rusiyadan Ukraynaya 3 ədəd T-64 markalı tank, bir neçə BM-21 “Qrad” qurğusu və digər hərbi texnikadan ibarət karvan daxil olub.

Özlərini Donetsk Xalq Respublikası elan etmiş separatçılar son bir neçə gün ərzində 3 tank əldə etdiklərini təsdiqləsələr də, həmin texnikaları haradan aldıqlarını açıqlamayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR