Yuliya Timoşenko həbsxanadan müxalifətə konkret tədbirlər planını ötürüb

Yuliya Timoşenko həbsxanadan müxalifətə konkret tədbirlər planını ötürüb
# 06 dekabr 2013 00:21 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, onun müraciəti Müstəqillik meydanında toplaşan etirazçılar qarşısında Timoşenkonun qızı Yevgeniya tərəfindən oxunub. Müraciətdə qeyd olunur ki, Ukrayna xalqı hakimiyyəti dərhal ələ keçirməlidir, lakin bütün addımlar dinc və müxalifətlə əlaqələndirilmiş şəkildə atılmalıdır.

Yuliya Timoşenko qan tökülməsinə yol verməməyə çağırıb: “Bizim dinc və pozitiv olan qarşıdurmamız qələbə ilə yekunlaşmalıdır”.

“Ukraynada yeni Stalinin formalaşması baş verir və biz demokratik beynəlxalq ictimaiyyətlə birgə bunun qarşısını almasaq, daha bir Şimali Koreya əldə etmiş olacağıq”, deyə Timoşenkonun məktubunda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR