Əfqanıstanda terrorçu-kamikadzelər prezidentliyə namizədin evinə hücum edib

Əfqanıstanda terrorçu-kamikadzelər prezidentliyə namizədin evinə hücum edib
# 25 mart 2014 23:52 (UTC +04:00)

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, silahlılar hücum zamanı mühafizəçilərə atəş açıb, partlayışlar törədiblər. Siyasətçinin özü evdə olmayıb, lakin ailəsinin evdə olduğu bildirilir.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Hadisəyə görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb.

Qeyd edək ki, Qani digər iki namizəd – hazırkı ölkə başçısı Həmid Kərzayın qardaşı olan Qəyum Kərzay və müxalifətçi Abdulla Abdulla ilə birlikdə seçkiqabağı kampaniyanın favoritləridir.

Əfqanıstanda prezident seçkiləri aprelin 5-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR