Yəməndə baş verən terror aktları nəticəsində 56 nəfər həlak olub

Yəməndə baş verən terror aktları nəticəsində 56 nəfər həlak olub
# 20 sentyabr 2013 13:10 (UTC +04:00)

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, terror aktları Şabva əyalətində qeydə alınıb.

Terrorçuların hərbi bazaya və posta hücumu nəticəsində ən azı 48 nəfər həlak olub. Bir neçə əsgər isə əsir aparılıb.

Eyni vaxtda Mayefedə xüsusi təyinatlı dəstənin məşq düşərgəsinə basqın edilib. Orada 8 polis öldürülüb.

Yəmən hökuməti bəyan edib ki, terror aksiyalarının arxasında “əl-Qaidə”nin yerli təşkilatı dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR