Ramil Usubov Türkiyə polis təşkilatının rəhbəri ilə görüşüb

Ramil Usubov Türkiyə polis təşkilatının rəhbəri ilə görüşüb
# 24 oktyabr 2013 16:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 24-də ölkədə rəsmi səfərdə olan Türkiyə əmniyyət genel müdiri (milli polis təşkilatının rəhbəri) Mehmet Kılıçların başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan R. Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. O, ölkədə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu xüsusi vurğulayaraq minnətdarlıq edib. Nazir Türkiyə milli polis təşkilatı rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən Mehmet Kılıçlar qısa zaman kəsiyində Azərbaycanın qürur duyulacaq səviyyədə sürətli bir inkişaf yolu keçməsindən, Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişlənməsindən məmnunluğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR