Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliklər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliklər haqqında sərəncam imzalayıb
# 18 iyun 2014 15:41 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentinə təqdim etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etməli və Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR