İraqda 22 nəfər terror aktlarının qurbanı olub

İraqda 22 nəfər terror aktlarının qurbanı olub
# 13 iyul 2013 23:07 (UTC +04:00)

İraq paytaxtının cənubunda yerləşən məscidin yaxınlığında ötən gün törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb. Polisin məlumatına görə, partlayış Xalid bin əl-Valid məscidinin mərkəzi girişinin qarşısında törədilib. Partlayışa görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

Bundan başqa Bəəkübə şəhərində terrorçu-kamikadze özünü insanların sıx olduğu küçədə partladıb. “İTAR-TASS”ın verdiyi xəbərə görə, nəticədə, ikisi polis olmaqla, üç nəfər ölüb.

Bağdadda yas mərasimi keçirən ailə terrorçuların hədəfi olub. Minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb.

Daha iki nəfərin ölümü ilə nəticələnən terror aktları Əl-Müqdadiyyə və Mosul şəhərlərində törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR