Şirvanda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb - VİDEO

Şirvanda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 07 iyun 2014 21:30 (UTC +04:00)

Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyunun 7-də saat 14.00 radələrində Şirvan sakini 1987-ci il təvəllüdlü Mirzəyev Kamil Əliməmməd oğlu idarə etdiyi VAZ 2106 markalı 99XB 124 dövlət nömrə nişanlı avtomobillə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsi 12 ünvanında yaşayan 2009-cu il təvəllüdlü Vəliyev Fərhad Nahid oğlunu vurub. Uşaq aldığı xəsarətlərdən Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Şahidlərin bildridiyinə görə, uşaq anasının əlindən çıxaraq yola qaçıb və nəticədə avtomobilin altına düşüb.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR