Köçürmə Komissiyası “Sovetski” məhəlləsində özəl şirkətlərin tikinti işləri aparmasına aydınlıq gətirib

Köçürmə Komissiyası “Sovetski” məhəlləsində özəl şirkətlərin tikinti işləri aparmasına aydınlıq gətirib
# 20 may 2014 11:15 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Bakının “Sovetski” məhəlləsində söküntü işləri aparılacaq ərazilərin çoxmərtəbəli binaların tikintisi üçün artıq ayrı-ayrı tikinti şirkətlərinə satıldığı barədə yayılan məlumatlara münasibət bildirən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Komissiyanın sədri Səməd İslamov söyləyib.

S.İslamov deyib ki, “Sovetski”də söküntü işləri gündəmə gəlməzdən bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bəzi tikinti şirkətlərinə həmin ərazidəki müəyyən sahələrdə tikinti işləri aparmaq üçün sərəncamlar verib: “Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Abdulla Şaiq küçəsində bir tikinti şirkəti tərəfindən ərazi alınıb. Həmin ərazi söküntü sahəsinə düşdüyü üçün hazırda Komissiya ilə tikinti şirkəti arasında o ərazinin geri alınması ilə bağlı danışıqlar aparılır. Ancaq “Sovetski” məhəlləsində elə ərazilər də var ki, söküntü sahəsinə düşmür. Bunlardan biri də Balababa Məcidov küçəsidir. Hələ söküntüdən bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bir tikinti şirkətinə orada tikinti işləri aparmaq üçün sərəncam verib. Hazırda Balabala Məcidov küçəsi söküntü sahəsinə düşmədiyi üçün Komissiya ilə o şirkət arasında həmin ərazinin geri alınması barədə danışıqlar aparılmır”.

S.İslamov bildirib ki, ümumiyyətlə, özəl şirkətlər tərəfindən söküntü ərazisində tikinti işlərinin aparılması barədə müraciətlər belə olmayıb: “Söküntü ərazisinə düşən sahələrdə gələcəkdə Bakı şəhərinin Baş Planına uyğun hansı işlər görüləcək, hansı sosial obyektlər tikiləcək, bu, sonranın məsələsidir. Hazırda hər hansı tikintidən söhbət getmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR