Merkel Putinlə Ukraynadakı vəziyyəti müzakirə ediblər

Merkel Putinlə Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 06 mart 2014 09:21 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Almaniya tərəfinin təşəbbüsü ilə baş tutmuş telefon söhbəti zamanı tərəflər Ukraynadakı hadisələri müzakirə edib.

Konkret olaraq Merkel ilə Putin Ukraynada ictimai-siyasi vəziyyətin normallaşması üçün beynəlxalq birliyin mümkün yardım variantlarına dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR