“Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri: yaranması, inkişafı və perspektivləri” adlı kitabın təqdimatı keçirilib - VİDEO - FOTO

“Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri: yaranması, inkişafı və perspektivləri” adlı kitabın təqdimatı keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 29 oktyabr 2013 08:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri: yaranması, inkişafı və perspektivləri” adlı yeni kitabın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, kitab səmərəli olacaq və gələcəkdə böyük müzakirələrə səbəb olacaq.

Nəşrdə Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud “beyin potensialı” haqqında SAM-ın apardığı tədqiqatın nəticələri ictimaiyyətə təqdim olunub. Kitabın əsas məqsədi ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi tələbata cavab olaraq bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlər olmasını təmin etməyə xidmət edəcək.

Kitab geniş kütləsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR