Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 01 oktyabr 2013 06:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,87 dollar və ya 0,9% azalaraq 1 barelə görə 102,00 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 30-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,6% azalaraq 107,98 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR