AMEA-nın gənc alimləri “Sülh və Təhlükəsizlik naminə Elm Proqramı”nın layihələrində iştirak edəcək - FOTO

AMEA-nın gənc alimləri  “Sülh və Təhlükəsizlik naminə Elm Proqramı”nın layihələrində iştirak edəcək - <span style="color: red;">FOTO
# 10 aprel 2014 12:20 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. NATO Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimlərini “Sülh və Təhlükəsizlik naminə Elm Proqramı”nın layihələrində iştirak etməyə dəvət edir.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar AMEA-nın prezidenti, akademik Akif Əlizadə NATO-nun sözügedən proqramının rəhbəri Dəniz Yüksəl Beteni qəbul edib.

Qonaq əvvəlcə proqram haqqında geniş məlumat verərək bildirib ki, alyansın bu proqramında antiterrorizm, kibermüdafiə, enerji təhlükəsizliyi, nüvə siyasəti, iqtisadiyyat və təhlükəsizliyin qiymətləndirilməsi və sairə istiqamətlər əhatə olunub.

D.Y.Beten qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrinin intellektli gəncləri bu proqramın dəstəklədiyi layihələrdə iştirak edirlər.

Akademik A.Əlizadə bildirib ki, Akademiya NATO-nun bir sıra layihələrində iştirak edir: “Onların sırasında yer elmləri, o cümlədən ətraf mühitin mühafizəsi və başqa istiqamətlərdəki təşəbbüsləri qeyd etmək olar. Bundan sonra da enerji təhlükəsizliyi, antiterrorizm və başqa istiqamətlərdə AMEA-nın gənc alimlərinin tədqiqatları genişləndiriləcək”.

Sonda proqramda iştirak etmək üçün AMEA-nın gənc alimlərinə təlim və seminarların keçirilməsi nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR