Azərbaycanın İstanbuldakı Baş konsulu İstanbul Universitetinin rektoru ilə görüşüb - FOTO

Azərbaycanın İstanbuldakı Baş konsulu İstanbul Universitetinin rektoru ilə görüşüb - <span style="color: red;">FOTO
# 11 mart 2014 18:53 (UTC +04:00)

Bakı-APA. Martın 11-də Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov İstanbul Universitetinin rektoru Yunus Söyletle görüş keçirib.

APA-nın məlumatına görə, söhbət zamanı H.Zeynalov son illərdə Azərbaycanda aparılan islahatlar və əldə edilmiş uğurlar, respublika rəhbərliyi tərəfindən elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğı, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində görülən işlər, Azərbaycan-Türkiyə münasibətlərinə dair rektoru məlumatlandırıb.

Rektor Azərbaycana səfər etməyə dəvət olunub.

Dəvətə görə təşəkkürünü bildirən Y.Söylet hazırda İstanbul Universitetində 74 azərbaycanlı tələbənin təhsil aldığını qeyd edib və rəhbərlik etdiyi universitetin Azərbaycanda dörd ali təhsil ocağı ilə əməkdaşlıq haqqında protokol imzaladığını bildirib. Son zamanlar İstanbul Universitetində görülən işlər və tədris sahəsində tətbiq olunan yeniliklər barədə danışan rektor Azərbaycandakı tərəfdaşları ilə təcrübə mübadiləsi həyata keçirdiklərini söyləyib.

Görüşdə tərəflər elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq Universitetlə Baş konsulluq arasında da əlaqələrin və birgə layihələrin, tədbirlərin təşkil edilməsinə dair razılıq əldə ediblər.

Sonda, xatirə olaraq rektora əllə toxunmuş Azərbaycan xalçası hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR